İraq hökuməti Birləşmiş Ştatlarla təhlükəsizliyə dair müqaviləni təsdiq edib
16/11/2008
İraq hökuməti Birləşmiş Ştatlar hərbi
qüvvələrinin ölkədə qalmasına imkan verəntəhlükəsizliyə dair müqaviləni təsdiq edib. Müqaviləyə əsasən, Amerika
hərbi qüvvələri bu ilin sonuBMT mandatı bitdikdən sonra da ölkədə qala
bilər. Lakin müqavilədəhərbi qüvvələrin 2011-ci
ilin sonunda İraqdan çıxmalı olduğu göstərilir.
Sənəd təsdiq edilmək üçün parlamentə göndərilib. Səsvermənin bu
ayın sonu keçiriləcəyi gözlənilir.
Bu arada İraq polisi bildirib ki, Diyala vilayətində
intiharçının hücumu nəticəsində 7 polis nəfəri daxil olmaqla, azı 15 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.