Barak Obama prezidentliyə hazırlıq çərçivəsində Senatda yerindən istefa verdi
16/11/2008
ABŞ
prezidenti seçilmiş Barak Obama Senatda yerindən rəsmən istefa verərək, təmsil
etdiyi İllinoys ştatının insanlarına dəstəyə və xeyirxahlığa görə təşəkkürünü
bildirib.Bu gün İllinoys qəzetlərində
dərc edilmiş məktubunda cənab Obama eyni ştatdan olan keçmiş prezident Abraham
Linkoln kimi illinoyslulara təşəkkür edərək, onların dəstək verib ona dua
etmələrini istəyib. O, iyirmi ildən artıqdır bu ştata gəldikdən sonra ABŞ
Senatında onlara xidmət etməsindən böyük şərəf duyduğunu deyib.
Hələlikİllinoys ştatının demokrat qubernatoru Rod
Blaqoyeviçin cənab Obamanın müddəti 2010-cu ildə bitəcək yerinə təyin
edilib-edilməyəcəyi aydın deyil.