Citibank dünya boyu işçi qüvvəsini 14% azaltdığını bildirib
17/11/2008
Tənəzzüldə olan qlobal iqtisadiyyat
ABŞ-ın 4-cü ən iri bankı olan Citibankı dünya boyu 50 000 iş yerini ixtisara
salmağa vadar edib.Bank nəhəngi bu gün
işçi qüvvəsini 14% azaltdığını açıqlayıb.Bu arada Yaponiya iqtisadiyyatının rəsmən gerilədiyi təsdiq olunub.Dünyanın ikinci ən iri iqtisadiyyatı olan yapon iqtisadiyyatı sentyabrda bitən kvartal ərzində 0.1% kiçilib.
Beynəlxalq Valyuta Fondu çətinliklərlə
üzləşən dövlətlərə yardım üçün növbəti 6 ayda ona 100 miolyard dollar lazım
gələcəyini bildirib.Vaşinqtonda isə ABŞ Senatı dünya iqtisadiyyatında aparıcı faktor olan Amerika avtomobil sənayesinə
yardım paketini nəzərədən keçirəcək.