VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiyaMənbəyi

 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
ABŞ Mətbuatı: Qlobal iqtisadi böhrandan çıxış yolları

17/11/2008
China economyBuş administrasiyasının 700 milyard dollar həcmində maliyyə sektorunu xilas paketini qəbul etməsinə baxmayaraq, dünya boyu səhm indeksləri düşməkdə davam edir.  İşsizlik artıb, daha artıq şirkətlər müflis olur, və ev satışları rekord aşağı səviyyəyə düşüb.  New York Times-ın bugünkü redaktor məqaləsində administrasiyanın planı icrası tənqid olunur.  Qəzet yazır ki, xilas paketi ilk əvvəl işə düşəndə Maliyyə Naziri Henri Polson bankların pis vəsaitlərini almağı təsbit edən orijinal planı dəyişdirdi.  Belə ki, o, anladı ki, təklif olunan plan maliyyə bazarlarına lazım olduğundan xeyli ləng və mürəkkəbdir.  Əvəzində o, birbaşa banklara 250 milyard dollar yatırım qoymaq qərarı verdi.  Lakin bu, ürkək investorların federal hökumətə etimadını qırdı və belə bir təsəvvür yaratdı ki, hökumət özü də nə etdiyini bilmir.   

Cənab Polson American International Group adlanan sığorta şirkətinə milyardlarla dollar ayırıb ki, bu pulların haraya xərcləndiyi məlum deyil.  Əvəzində federal hökumət böhranın özəyini təşkil edən ev bazarındakı itkiləri aradan qaldırmağa meylli görünmür.  Bu xüsusda Times iqtisadiyyatın sürətlə gerilədiyi və bazarların təlatümlə üzləşdiyi bir zamanda federal hökuməti ayıdn liderlik nümayiş etdirməyə səsləyir.

Qlobal iqtisadi böhran dərinləşdikcə Amerikanın artıq uzun müddətdir ki, problemlərlə üzləşən avtosənayesi daha böyük çətinliklərlə üzləşir.   Bloomberg qəzetində  məqalə ilə çıxış edən Amerika Sahibkarlıq İnstitutunun iqtisadi siyasət üzrə eksperti Kevin Hassett hökuməti avtomobil sənayesinə yardım etməməyə çağırır.  Onun fikrincə iqtisadiyyat idman kimidir.  Bəzən məğlub olursan,  amma döyüşməkdə davam edirsənsə, yenidən qələbə çalmaq şansı qalır.  Hasset ərz edir ki, ABŞ iqtisadiyyatı tarix boyu geriləmələrlə üzləşib və hər dəfə də bu sınaqlardan üzüağ çıxıb.  Onun sözlərinə görə ABŞ iqtisadiyyatı qarşıdan gələn aylarda kiçilməkdə davam edəcək.  Lakin əgər keçmiş bu istiqamətdə göstəricidirsə onda demək olar ki, 1947-ci ildən bəri orta hesabla hər il ABŞ iqtisadiyysatı 3.2 faiz genişlənib.  Hassetin fikrincə buna səbəb ABŞ-da mövcud olan azad bazar prinsipləridir ki, bu, istər iqtisadi uğura, və lazım gələrsə rəqabətcillik qabiliyyətini itirmiş şirkətlərə səhnədən getməyə imkan verir.   

Bu xüsusda müəllif ABŞ avto-sənayesinə 50 milyard dollar maliyyə yardımı ayrılmasının əleyhinə çıxır.  Belə ki, hökumətin müdaxiləsi mülfisləşmə kimi ağrılı prosesi bir qədər də uzadacaq.  Bəzi adamlar şirkətin bankrot olmasını onun ölməsi kimi dəyərləndirir.  Amma əslində şirkət özünü müflis elan edəndə bu daha çox intensiv müalicəni xatrıladır.  Şirkətlər nəhəng çətinliklərlə üzləşəndə onlar bu prosesə baş vurur və sonda ortaya yeni, daha yaxşı təşkil olunmuş şirkətlər meydana çıxır.  Amerika kapitalizminin qayəsi məhs bu rəqabətcilliyi qoruma xarakterindən qaynaqlanır.  General Motors kimi korporasiyalar nə qədər tez öz işlərini səhmana salsalar bir o qədər tez iqtisadiyyat düzgün istiqamətdə irəliləməyə başlaya bilər.  Vergiverənlərin pulunu uğursuz şirkətlərə ötürməyin isə faydası yoxdur, deyə Hasset yazısını bitirir.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Qəzzadakı münaqişənin həllinə dair diplomatik səylər intensivləşib

  Başqa xəbərlər
Politoloq hesab edir ki, Azərbaycan İsrail-Fələstin qarşıdurmasında neytral mövqeyini qorumalıdır  Audio Clip Available
Barak Obama inaqurasiya mərasiminə hazırlaşır
Barak Obama Konqres liderləri ilə hökumətin məsrəf paketini müzakirə edir
Avropa Nabukkonu yenidən gündəmə gətirir
ABŞ-ın ən böyük səfirliyi Bağdadda açıldı
Andres Herkel: `Radioların məsələsini AŞPA-da qaldıracağam`
Gazprom Ukraynanı Avropaya gedən təbii qazı oğurlamaqda ittiham edir
Corc Buş Darfur regionuna havadan yardım göndərilməsini təsdiq edib
Tunis sinaqoquna hücum edənlərin məhkəməsi başlayıb
Azərbaycanın bir sıra dövlət qurumları məhkəməyə verildi
Ələsgər Məmmədli: `Hər 5 dövlət idarəsindən dördü qanunu saymır`
Rusiya AB-ni qaz boru xəttinə nəzarət etməyə çağırır
İnquşetiyada polis zabiti öldürüldü
Somalidə oğurlanan jurnalistlər buraxıldı
Şri Lankada yaraqlıların son sığınacağı dağıdılır
Çində qanunsuz fişəng zavodunda partlayış
İraqda şiə zəvvarlar öldürülüb
İsrail ordusu Qəzzaya daxil oldu
Azərbaycana azad mətbuat lazımdır
Rusiya Kiyevi qaz oğurluğunda ittiham edir
Barak Obama iqtisadi planın Konqresdə tez qəbuluna çalışır
İllinoys ştatının qubernatorunun vəzifədən kənarlaşdırılması səyləri davam edir
İranda daha 3 məhkum daşqalaq edilib
İran məhkəmələri daha bir qrup azərbaycanlının həbsi haqda qərar çıxarıb
Nuri Əl-Maliki Tehrandadır
Pakistan Məhəmməd Yasiri yenidən ələ keçirib
Əli Kərimli: 2008-ci il itirilmiş şanslar ilidir  Audio Clip Available
Fələstinlilər liderlərinin qisasını alacaqlarına söz verib
Ukrayna artıq 2 gündür qazsızdır
Ekspert 2008-ci ildə İranda insan haqlarının daha çox pozulduğunu deyir  Audio Clip Available
Əfqanıstanda 5 yardım işçisi oğurlanıb
Obama və Pelosi stimul paketini müzakirə edəcək
Azad mətbuat Azərbaycana lazımdır
ABŞ-da istehsal azalıb
Hibrid maşınların satışı ləng gedir
Hikmət Hacızadə: `Azərbaycan Özbəkistanın yolu ilə gedir`
Haviyer Solana:'Tərəfləri razı salacaq qərar çıxarıla bilərdi'
Rusiya Ukraynaya qaz təchizatını dayandırdı
M.Saakaşvili:'2008-ci il Gürcüstan üçün böyük sınaq idi'
Qəzzada Həmasın bir lideri öldürülüb
BMT Qəzza ilə bağlı qətnamə qəbul edə bilmədi
Piter Semnebi:  `Sanki soyuq müharibə dövrünün radio dinləmək üsuluna qayıdırıq`
Vəfa Quluzadə: "2008-ci ildə Azərbaycanın xarici siyasəti uğurlu olub"  Audio Clip Available
Amerikalı azərbaycanlılar etiraz askiyası keçirdi