VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiyaMənbəyi

 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Beynəlxalq ekspert: `Gürcüstandakı müharibə hələ bitməyib`


18/11/2008

Mərkəzi qərargahı Londonda yerləşən beynəlxalq İnsan haqları qrupu -  Amnesty İnternational Rusiya və Gürcüstanı Cənubi Osetiyada insan hüquqlarının pozulması hallarının araşdırılmasına imkan verməyə çağırıb. Təşkilatın bu gün açıqladığı hesabatda deyilir ki, Gürcüstanın ayrılmaq istəyən regionunda avqust ayında qısa müddətli müharibə zamanı hər iki tərəf ciddi pozuntulara yol verib.

amnesti.jpg

Amnesty avqust ayında Rusiya ilə Gürcüstan arasında baş verən münaqişə zamanı dinc əhaliyə vurulan zərbəyə görə məsuliyyəti hər iki tərəfin üzərinə qoyur. Hesabatda deyilir ki, müharibə vaxtı beynəlxalq qaydaların pozulmasına hər iki tərəf yol verib.

“Dinc əhali atəş xəttində” adlanan sənəddə 5 günlük müharibənin yekunları təhlil edilir.Müəlliflər hesab edirlər ki, indi beynəlxalq ictimaiyyət qarşısında təkcə atəşkəs rejiminə riayət edilməsinə nail olmaqla Gürcüstanda sülh və sabitliyi bərpa etmək durmur. Beynəlxalq birlik həmçinin bu münaqişə nəticəsində insan haqları və Avropanın təhlükəsizliyi planında meydana çıxan bir sıra fundamental məsələləri həll etməlidir.


Hesabatda tərəflər münaqişə zamanı yol verdikləri səhvləri nəzərdən keçirməyə çagırılır.

Amnesty bildirir ki, münaqişədən 100 gün keçmiş didərgin düşən 20 minədək etnik gürcü evlərinə qayıtmaq imkanından məhrum edilib.  Beynəlxalq təşkilatın hesablamalarına görə, münaqişənin qızğın çağlarında, əsasən gürcü qaçqınlarının sayı 200 minə yaxınlaşıb.

 

Local people watch a Russian military column on the road to the border of the Georgian breakaway region of South Ossetia near Alagir 30 km south of Vladikavkaz, 10 Aug. 2008
L
Təşkilatın analitiki Con Delhaysonun  sözlərinə görə, bütün beynəlxalq konvensiyalara və öhdəliklərə baxmayaraq,  həmin adamların hazırda da təhlükəsizliyi təmin edilməyib. Belə ki, Cənubi Osetiya ilə Gürcüstan arasında faktiki olaraq sərhədyanı qeyri-sabitlik zolağı yaranıb. 


Hesabatda deyilir ki, münaqişənin ilk günlərində Tsxinvalinin gülləbarana tutulması nəticəsində mülki əhali arasında itkilər baş vermişdi. 

 

Amnesty İnternational tərəfləri Beynəlxalq araşdırmanın keçirilməsinə çağırır. Cənubi Osetiya ilə Gürcüstan arasındakı bufer zonasında keşik çəkən Beynəlxalq müşahidəçilər bildirirlər ki, bölgədə vəziyyət bir qədər sabitləşsə də, zorakılıq hallarının arası kəsilmir.

Bu məqam Qərb dairələrini ciddi narahat edir, belə ki, adi bir qığılcımla qarşıduran tərəflər istənilən zaman əməliyyatları bərpa edə bilərlər.  Oxford Universitetinin professoru Qafqaz üzrə mütəxəssis Mark Almond da hesab edir ki, Gürcüstandakı müharibə hələ bitməyib. 

Amerikanın səsinə müsahibəsində cənab Almond deyib ki, Gürcüstan hadisələrindən sonra bölgədə sabitliyin pozulması qüvvələr balansının nə qədər kövrək olduğunu göstərdi. Bölgədə tərəflərin maraqlarını tutuşdurmaq olduqca çətin bir məsələdir. Məhz buna görə tələsmək lazımdır.

Bu arada isə, Gürscüstan mənbələri Tbilisinin Qərb ölkələrini onun ərazisindəki münaqişə bölgəsinə sülhyaradıcı qüvvə göndərməyə çağırdığını bildirirlər.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Qəzzadakı münaqişənin həllinə dair diplomatik səylər intensivləşib

  Başqa xəbərlər
Politoloq hesab edir ki, Azərbaycan İsrail-Fələstin qarşıdurmasında neytral mövqeyini qorumalıdır  Audio Clip Available
Barak Obama inaqurasiya mərasiminə hazırlaşır
Barak Obama Konqres liderləri ilə hökumətin məsrəf paketini müzakirə edir
Avropa Nabukkonu yenidən gündəmə gətirir
ABŞ-ın ən böyük səfirliyi Bağdadda açıldı
Andres Herkel: `Radioların məsələsini AŞPA-da qaldıracağam`
Gazprom Ukraynanı Avropaya gedən təbii qazı oğurlamaqda ittiham edir
Corc Buş Darfur regionuna havadan yardım göndərilməsini təsdiq edib
Tunis sinaqoquna hücum edənlərin məhkəməsi başlayıb
Azərbaycanın bir sıra dövlət qurumları məhkəməyə verildi
Ələsgər Məmmədli: `Hər 5 dövlət idarəsindən dördü qanunu saymır`
Rusiya AB-ni qaz boru xəttinə nəzarət etməyə çağırır
İnquşetiyada polis zabiti öldürüldü
Somalidə oğurlanan jurnalistlər buraxıldı
Şri Lankada yaraqlıların son sığınacağı dağıdılır
Çində qanunsuz fişəng zavodunda partlayış
İraqda şiə zəvvarlar öldürülüb
İsrail ordusu Qəzzaya daxil oldu
Azərbaycana azad mətbuat lazımdır
Rusiya Kiyevi qaz oğurluğunda ittiham edir
Barak Obama iqtisadi planın Konqresdə tez qəbuluna çalışır
İllinoys ştatının qubernatorunun vəzifədən kənarlaşdırılması səyləri davam edir
İranda daha 3 məhkum daşqalaq edilib
İran məhkəmələri daha bir qrup azərbaycanlının həbsi haqda qərar çıxarıb
Nuri Əl-Maliki Tehrandadır
Pakistan Məhəmməd Yasiri yenidən ələ keçirib
Əli Kərimli: 2008-ci il itirilmiş şanslar ilidir  Audio Clip Available
Fələstinlilər liderlərinin qisasını alacaqlarına söz verib
Ukrayna artıq 2 gündür qazsızdır
Ekspert 2008-ci ildə İranda insan haqlarının daha çox pozulduğunu deyir  Audio Clip Available
Əfqanıstanda 5 yardım işçisi oğurlanıb
Obama və Pelosi stimul paketini müzakirə edəcək
Azad mətbuat Azərbaycana lazımdır
ABŞ-da istehsal azalıb
Hibrid maşınların satışı ləng gedir
Hikmət Hacızadə: `Azərbaycan Özbəkistanın yolu ilə gedir`
Haviyer Solana:'Tərəfləri razı salacaq qərar çıxarıla bilərdi'
Rusiya Ukraynaya qaz təchizatını dayandırdı
M.Saakaşvili:'2008-ci il Gürcüstan üçün böyük sınaq idi'
Qəzzada Həmasın bir lideri öldürülüb
BMT Qəzza ilə bağlı qətnamə qəbul edə bilmədi
Piter Semnebi:  `Sanki soyuq müharibə dövrünün radio dinləmək üsuluna qayıdırıq`
Vəfa Quluzadə: "2008-ci ildə Azərbaycanın xarici siyasəti uğurlu olub"  Audio Clip Available
Amerikalı azərbaycanlılar etiraz askiyası keçirdi