BMT İsraildən Qəzzanın blokadasını dayandırmağı tələb edir
18/11/2008
BMT-nin İnsan Hüquqları üzrə yüksək səviyyəli
nümayəndəsi Navi Pillay İsraili təcili olaraq Qəzzanın əsas yardım daşınan
yollarını açmağa şağırıb. O, Qəzzadakı insanların vəziyyətinin ağır olduğunu və
insanların humanitar yardıma ehtiyacı olduqlarını deyib.Qeyd edək ki, İsrail Fələstin
yaraqlılarının onun ərazilərini raket hücumlarına məruz qoyduqları üçün bütün
Qəzza boyu sərhəddi bağlayıb.Dünən
yaraqlılar tərəfindən İsrailin cənubuna azı 6 raket atılıb.Bu
gün isə xəbər verilir ki, iyun ayında İsraillə Həmas arasında atəşkəs barədə
razılıq əldə edilməsinə baxmayaraq, İsrail tankları Qəzza Zolağına daxil olublar. Şahidlər bildirir ki, tanklar Qəzza
sərhədini keçərək Rafah şəhərinə doğru irəliləyiblər.