Səudiyyə Ərəbistanının 100 milyon dollar
dəyərində yanacaqla dolu tankeri - Sirius Star Somali piratları tərəfindən
qaçırılıb.
Şahidlərin dediyinə görə, nəhəng gəmi Somalinin
paytaxtından təxminən 300 kilometrlik aralıda, Harardərə şəhərindəki limanda,
dayanıbmış. Bura isə piratların
istehkamından uzaqdır.
Sirius Starın
sahibi deyir ki, göyərtədəki 25 ekipaj üzvündən heç biri xəsarət almayıb.Somali piratları şənbə günü də təxminən öz
istehkamlarından 800 kilometr məsafədə - Kenya sahillərində bir gəmini
qaçırmışdılar.
Birləşmiş ŞtatlarınBirgə Qərargahlar rəisi admiral Maikl Mullen
piratların bu cün hərəktlərindən məyus olduğunu bildirib.
Səudiyyə Ərəbistanının xarici işlərnaziri şahzadə Saud Əl-Faysal isə Sirius
Starın qaçırılmasını“biabırçı akt”
adlandırıb.