Britaniyanın yüksək səviyyəli rəsmisi Suriyada səfərdədir
18/11/2008
Britaniya hökumətinin xarici
məsələlər üzrə katibi Devid Miliband Suriya
prezidenti Bəşir Əl-Əssdlə danışıqlar aparmaq məqsədi ilə bu ölkədə səfərdədir. Bu, Britaniya rəsmisinin son yeddi ildə
Suriyaya ilk rəsmi səfəridir. Qeyd edək
ki, Dəməşq qonşusu Livanın daxili işlərinə qarışdığına və İrana arxalanan Hezbullah qrupuda daxil edilməklə, oradakı yaraqlıları
dəstəklədiyinə görə dünya ictimaiyyətinin tənqidləri ilə üzləşir. Suriya xarici
yaraqlıların qonşusu İraqa keçməsinin qarşısını almadığına görə də tənqidlərə
məruz qalıb.
Bu məsələləri müzakirə etməküçün Dəməşqə səfər edən Britaniyanın xarici məsələlər üzrə katibi
Miliband Syriyanın bəzi məsələlərdə mövqeyini dəyişəcəyinə ümid etdiyini deyir.
İsrail prezidenti Şimon Peres isə Britaniya radiosuna verdiyi müsahibəsində
Suriyanı təcili olaraq Livandakı Hezbullah qrupuna dəstəyini dayandırmağa çağırıb.