Əl-Qaidə liderlərindən biri xəbərdarlıq edib ki, ABŞ-ın yeni seçilmiş
prezidenti Barak Obamanın
Əfqanıstanda hərbi mövcudluğu genişləndirməsi planları uğursuzluğa düçar
olacaq. Bu gün yaraqlıların veb səhifəsində yerləşdirilən audio mesajda terror
şəbəkəsinin 2-ci komandiri Ayman Zavahiri həmçinin cənab Obamanın şərəfsiz
olduğunu deyib. Bu, Əl-Qaidənin ali liderlərinin Barak Obamanın prezident
seçilməsinə ilk reaksiyasıdır. Cənab Obama bildirmişdi ki, o, ABŞ-ın hərbi diqqətini
Əfqanıstana və Əl-Qaidə ilə mübarizəyə yönəldəcək. Pentaqon artıq qoşunların
İraqdan çıxardılıb Əfqanıstana göndərilməsi üzərində işləyir.