ABŞ-ın raket hücumu Əl Qaidə əməliyyatçısı öldürüb
19/11/2008
Pakistan kəşfiyyat xidmətinin rəsmiləribildirirlər ki,ölkənin qaynar şimal qərb bölgəsinə Birləşmiş
Ştatların atdığı raket nəticəsində Əl-Qaidanın əməliyyatçısı Abdulla Əzəm Əl
Səudi daxil olmaqla azı 6 yaraqlı öldürülüb və bir neçə adam yaralanıb. Bu tayfaların yaşadıqları bölgənin
daxilinə atılan ilk raketdir. Pakistan rəsmiləri deyirlər ki, Abdullah Əzəm Əl
Səudi Əl-Qaida və Pakistan talibanları arasında əlaqə saxlayırdı vəadamları yaraqlıların sırasına cəlb edirdi. Onlar deyirlər ki, raket Bannu mahalının bir
evinə atılıb. Pakistan rəsmiləri
bildirirlər ki, son aylarda Birləşmiş Ştatlar Əl-Qaida və Taliban yaraqlılarının
Pakistanın şimal qərb bölgəsindəki hədəflərinə azı 20 raket atıb.Bu arada polis bildirir ki, motosikletdə olan
silahlı şəsxlər İslamabadda Pakistanın keçmiş hərbi komandiri və onun
sürüçüsünü öldürüblər.