İranın prokurorluq rəsmilərinin bildirdiyinə görə, ölkədə 5 milyondan
artıq internet səhifəsinə girişə qadağa qoyulub. İran baş prokurorunun
müşaviri, Əbdulsəməd Xurrəmabadi qadağaların “qabaqlayıcı” məqsədi güddüyünü bildirib.
Rəsminin dediyinə görə, yayımı yasaq edilən saytlar “ictimaiyyətə və əxlaqa zidd”dir. Bu, İranda internet
üzərində senzuranın tətbiqinə dair ilk rəsmi etiraf sayılır.
“İnternet informasiya okeanıdır. Bundan başqa internet vasitəsi ilə
peyk televisionlarını izləmək çox asandır” -deyən Xürrəmabadi İranda internet
polisinin yadaılmasına çağırıb. O habelə internetdən istifadə ilə bağlı qanun
qəbul edilməsi və “internet cinayətləri”nə dair təlimlərin keçirilməsini vacib
sayıb.
İranda “arzuolunmaz” internet saytlarına qadağanı həyata keçirən
Komunikasiya Texnologiyası Şirkəti hər ay daha 1000 internet səhifəsinin yayımının
yasaqlandığını etiraf edib. Mənbənin bildirdiyinə görə, ölkədə internet
üzərində senzuraya birbaşa Təhlükəsizlik Nazirliyi nəzarət edir və saytlar da
bu qurumun sifarişi ilə qapadılır.