Devid Kramer Bakıda xarici radioların yayımını müzakirə etdi
Vaşinqton 19/11/2008
ABŞ Dövlət
katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Devid
Kramer Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı
keçirib.
O bildirib ki,
səfər zamanı prezident İlham Əliyev, siyasi partiya rəhbərləri, müxalifət liderləri,
vətəndaş cəmiyyətləri, hüquq müdafiəçiləri, deputatlarla görüşüb və xarici
işlər nazirliyində geniş tərkibdə məsləhətləşmələr aparıb.
David Kramer
Cənab Kramer
Azərbaycan ABŞ ikitərəfli münasibətlərinin bütün sahələrini yüksək dəyərləndirir.
“Enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa böyük diqqət və inkişaf var.
Mənim səfərimin məqsədi isə demokratiya və insan haqları sahəsinə diqqəti
artırmaqdır. Müzakirələrim zamanı mətbuat azadlığı və insan haqları məsələləri
əsas mövzu idi”.
O müxalifət və
iqtidarda olan siyasi partiyalarla görüş zamanı müxtəlif fikirlər eşitdiyini
deyib. “Bunlar həm iqtidarı dəstəkləyən, həm də tənqid edən fikirlər idi.
ABŞ-ın marağı odur ki, çevik siyasi prosesləri müşahidə edək və siyasi partiyalar
bu proseslərdə fəal iştirak etsin. Çünki demokratik dünyanın əsas
prinsiplərindən biri azad və ədalətli siyasi sistemdir ki, burada siyasi
partiyalar əsas rol oynayır. Müstəqil institutlar, təsisatlar da mövcud
olmalıdır. Fəal siyasi proseslərin baş verməsi üçün isə müstəqil medianın rolu
əvəzsizdir”.
Dövlət
katibinin köməkçisi həbsdə olan jurnalistlərin azad edilməsi məsələsini də
görüşləri zamanı qaldırdığını önə çəkib.
“Ümıdvaram ki,
bu məsələyə yenidən baxılacaq və həbsdə olan jurnalistlərin buraxılması
məsələsi nəzərdən keçiriləcək. Mən prezidenti dəvət etdim ki, həbsdə olan
jurnalistlər amnistiya və ya əfv edilsin. Sözsüz ki, jurnalistlər də hər bir
vətəndaş kimi qanuna tabe olmalıdır. Müzakirələr zamanı jurnalistlərə qarşı
zorakı hallar, hücumlar və müxtəlif səpkili təzyiqlərlə bağlı narahatçılığımı
bildirdim və xüsusilə vurğuladım ki, bu məsələlərə son qoyulması həddən artıq vacibdir.
Demokratik inkişafın mütləq şərti müstəqil mediadır. Jurnalistlər məqalə yazarkən təzyiqlər və
zorakı hallarla rastlaşmaqdan qorxmamalıdır”.
O “Amerikanın
səsi” radiosunun sualının cavabında bildirib ki, demokratiya və insan haqları
ilə bağlı xarici işlər nazirliyində geniş tərkibdə məsləhətləşmələr aparıb.
“Biz anlayırıq ki, demokratiya və insan haqları məsələlərinin həlli üçün
müəyyən vaxt lazımdır. Ancaq biz həm də müzakirələrdən sonra konkret addımlar
gözləyirik.Bu isə səfərlərdən bir
müddət keçəndən sonra baş verir. Vacib isə məsləhətləşmələrin davam etməsi və
tərəflərin səmimi olmasıdır”.
Cənab Kramer həmçinin “Amerikanın səsi”
radiosunun sualının cavabında xarici radiostansiyaların yerli tezliklərdə
yayımının dayandırılacağı ilə bağlı Milli Teleradio Şurasının bəyanatı
ətrafında müzakirələr apardığını diqqətə çatdırıb. “Dövlət Departamenti bu
məlumatla bağlı artıq narahatçılığını və məyusluğunu ifadə edib. Dünən
prezident Əliyevlə görüşümün nəticəsi olaraq deyə bilərəm ki, iki ölkənin
müvafiq qurumları arasında danışıqlar keçirəcək və bu müddətdə yayımlar davam
edəcək. Biz Azərbaycanın qanunlarına hörmət edirik. Hesab edirəm ki, hər iki
ölkənin xoşməramlı yanaşması nəticəsində müəyyən müsbət razılığa gəlinəcək,
həll yolu tapılacaq və məndə yaranan təəssürat ondan ibarətdir ki,
radiostansiyaların yayımı 2008-ci ildən sonra da davam etdiriləcək”.
Dövlət katibinin köməkçisi həmçinin deyib ki, Azərbaycanın
teleradio yayımı haqqında qanunu 2002-ci ildə qəbul edilib və 2008-ci ilin
oktyabrında Milli Teleradio Şurası həmin qanuna istinadən bəyanat yayıb. Ancaq
düşünürük ki, Teleradio Şurası daha ehtiyatla yanaşaraq məsələni həll etməli
idi. “Hökumətin əsas vəzifəsi odur ki, qanuna əməl edildiyi tərzdə radioların
yayımının davam etdirilməsinə şərait yaratsın. Mənə elə gəlir ki, hökumət həm
də bu radiolarınauditoriyalarının
olmasından xəbərdardır. Gələcək müzakirələrdə də, radio proqramların
mahiyyətinə toxunmayacaq. Yayımın hansı vasitələrlə mümkünlüyü ilə bağlı
müzakirələr aparılacaq. Əgər radiolarda yayılan məlumatların məzmunu ilə bağlı
narahatlıqlar varsa, həmin radioların
rəhbərləri ilə həll olunmalıdır. Lakin bizim irəli sürdüyümüz təşəbbüs həmin
vəzifəni əvəzləmir” - deyə o qeyd edib.